AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV

AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV Abuzər Mirzəliyev 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti-AzTU) Mexanika (indiki Maşınqayırma və robototexnika) fakültəsini bitirib.

AzTU-da laborant, baş laborant, laboratoriya müdiri vəzifələrində çalışıb. 1984-88-ci illərdə aspiranturada təhsil alıb, 1990-cı ildə isə namizədlik dissertasiyasını müdafiə edib. 1992-ci ilə qədər İstilik mexanikası kafedrasında assistent, 1992-ci ildən isə Hidravlika və HPQ kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində çalışıb. 2006-cı ildə İstilik və soyuqluq texnikası kafedrasının dosenti olub. 2007-ci ilin may ayından indiyə kimi AzTU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru vəzifəsini icra edir.

Abuzər Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2011-ci il tarixli sərəncamına əsasən “Əməkdar mühəndis” fəxri adını alıb.

O, 26 elmi məqalənin və bir dərs vəsaitinin müəllifidir.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: