“Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn seminar keçirilib

“Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn seminar keçirilibAzərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə “Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn seminar keçirilib.

Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzinin təsisçi və direktoru Ruslan İmamquliyevin moderoturluğu ilə keçirilən seminarda postpandemiya dövründə logistikanın inkişafına marketinq, maliyyə, insan resursları və tədarük amillərinin təsiri barədə məlumat verilib.

Mövcud vəziyyətdə Azərbaycan hökümətinin qərarlarına və strateji yol xəritəsinə uyğun olaraq sənaye müəssisələri ilə universitetlərin fəaliyyət sahələrinin genişləndirilməsi imkanlarının artırılmasının iqtisadi əhəmiyyət kəsb etdiyi bildirilib.

Qeyd edək ki, hazırda AzTU-da Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzinin dəstəyi ilə Logistika Tədris Mərkəzi yaradılır.

ZiM.AZ

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: