Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev
uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olub.
1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.
1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bir sıra elmi məqalələrin müəllifi olan Abik Çaruxçev uzun müddət AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. Doktorantura səviyyəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə müxtəlif illərdə universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Abik Çaruxçev Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri idi.
AzTU-nun rəhbərliyi və kollektivi Abik Çaruxçevin vəfatından kədərlənir, yaxınlarına səbr diləyir.
Allah rəhmət eləsin!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.