AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilibAzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib Azərbaycan Texniki Universitetində (AzTU)
XX əsrin faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib.Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bir dəqiqəlik sükut zamanı videokonfrans iştirakçıları profil fotolarını dəyişərək “Xocalıya ədalət” çağırışı ediblər.


“Xocalı-türkün yurdu, türkün qüruru” adlı videokonfransda çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş soyqırım idi.
29 il əvvəl Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər.
Rektor bildirib ki, soyqırım törətməkdə ermənilərin məqsədi Xocalı şəhərini yer üzündən birdəfəlik silmək idi. Azərbaycan xalqı günahsız, əliyalın insanlara qarşı törədilən bu cinayəti heç zaman unutmayaqcaq.
Rektor qeyd edib ki, bu il Azərbaycan ilk dəfə olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini qalib xalq kimi andı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal edilmiş əraziləri azad edildi, Ermənistan layiqli cavabını aldı.

Daha sonra AzTU-nun Humanitar fənnlər kafedrasının müdiri Həbib Mirzəyev, universitetin IV kurs tələbəsi Amin Məmmədov və Xocalı şəhər sakini, faciənin şahidi Nazim Hüseynov çıxış edib. Bildirilib ki, Xocalıda törədilən soyqırımı erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində utanmadan belə demişdi: "Xocalıdan qabaq azərbaycanlılar fikirləşirdi ki, biz ermənilər sadə vətəndaşlara əl qaldıra bilməyən xalqıq. Biz bu stereotipi qırdıq".

O da qeyd olunub ki, XX əsrin sonunda baş verən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdəndir.

Tədbirdə AzTU tələbələrin ifasında Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: