AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib

AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilibAzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş musiqili ədəbi-bədii onlayn tədbir keçirilib.

Tədbirdə Azərbaycan televiziyasının (AZTV), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları iştirak edib.


Tədbirdə çıxış edən AzTU-nun tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov azərbaycançılıq ideyalarının təbliği və təşviqi məsələlərini özündə ehtiva edən görüşü çox əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi dəyərləndirib. Qeyd olunub ki, mənəviyyatın formalaşmasında və inkişafında da dil ən mühüm vasitədir. Bu baxımdan ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Maddi və mənəvi irsi mühafizə edib nəsildən nəsilə ötürən ana dilimizdir. İnsanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında ana dilinin mühüm rol oynadığı xüsusi olaraq önə çəkilib.

Ölkədə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi kimi qeyd olunmaqla bərabər, hazırda bu ənənələrin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Dünyanın ən zəngin dillərindən biri kimi ana dilimizin təşəkkül tapmasında, formalaşmasında yazıçı və şairlərimizin də rolu xüsusi qeyd olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovanın "Heydər Əliyev və Azərbaycan dili", görkəmli diktor, xalq artisti Eldost Bayramın “Müasir dünyamızda Azərbaycan dilinin yeri”, AzTU-nun tələbə-rektoru Əli Abdullazadənin “Dil həyatı qazanmaq üçün bir vasitə kimi“, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Həbib Mirzəyevin “Dil mədəniyyətin güzgüsüdür” mövzusunda məruzələri dinlənilib.

Məruzələr ətrafında ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi İlkin ƏsgərAzTU-nun Humanitar fənlər kafedrasının dosenti İsrail Məhərrəmov çıxış edib.

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi qızlardan ibarət “Çeşmə” folklor qrupunun üzvü Aşıq Məshəti Cabbarovanın, Bakı Musiqi Akademiyasının tələbəsi Əli Muradovun, Şuşa Humanitar Kollecinin tələbəsi Aydan Süleymanzadənin ifasında muğamlardan və bəstəkar mahnılarından ibarət musiqi nömrələri səsləndirilib.

Tələbələrimizin ifasında ana dili haqqında şeir və musiqi nümunələri ilə müşayiət olunan ədəbi-bədii kompozisiyalar təqdim olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: