AzTU-da “Conversation Club” keçirilib

	AzTU-da “Conversation Club” keçirilib Aprelin 7-də Azərbaycan Texniki Universitetində (AzTU) müəllim və tələbələrin iştirakı ilə “Motivation and encouragement” mövzusunda “Conversation Club” keçirilib.

Görüş AzTU-nun Dil mərkəzi və Tələbələrlə və abituriyentlərlə işin təşkili sektorunun birgə təşəbbüsü ilə təşkil olunub.

Söhbət zamanı Dil mərkəzinin müdiri Ərəb Tinayev ingilis dilində gündəlik həyatda ən çox istifadə olunan söz və ifadələri, həmçinin digər faydalı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Bildirilib ki, belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Conversation Club”da iştirak ödənişsizdir.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: