AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib İyunun 2-də ölkəmizdə təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.
Səfər Təhsil və Müdafiə nazirlikləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edib.
Onlar arasında Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr də olub.


Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət olunub, şəhərlərdə dağıntılar nümayiş edilib. Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib.


Səfər zamanı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı açılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.

Sonda xatirə şəkili çəkdirilib, əcnəbi tələbələrin təəssüratları dinlənilib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: