Bütün bunlar tariximizin sınaq meydanı, xalqımızın qan yaddaşı olaraq daim xatırlanacaqdır...
Hansı ki, həmin ağrılı hadisələrdən xalq yorulmuş, bezikmiş, tamamilə gücünü və taqətini itirmiş vəziyyətə düşmüşdü. Qan bahasına qazandığımız dövlətçiliyimiz gözümüzün önündə kiçikləşir, tarixi nailiyyətimiz olan müstəqilliyimiz üçün ciddi təhlükə yaranır və bu minvalla da xalqın sabaha olan inamı sarsılmaqda, ümid çırağı isə sönməkdə davam edirdi.
Ancaq həqiqətən də bir hikmətdə deyildiyi kimi, “GÜN DOĞMADAN NƏLƏR DOĞAR...”
Nəhayət, xalqın nəinki arzuladığı, hətta çox böyük ehtiyac belə duyduğu həmin gün gəlib yetişdi. Sanki ölkəmizin səmasında Günəş doğdu, Vətən torpağına nur ələndi... İlahinin qüdrətli nəfəsi ilə xalqın ruhu təzələndi, qəlblərdə ümid çırağı şölələndi...
Siyasət aləminin böyük dühası kimi tanınan Heydər Əliyev 1993-cü il iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycan dövlətinin başına keçdi və o, canından artıq sevdiyi xalqına sahibləndi; bununla da millətin sönməkdə olan çırağı alovlandı, yeni duyğular baş qaldırdı, gələcəyə inam gücləndi. Fırtına qopmuş okeanda sahibsiz yelkənə bənzər Azərbaycan adlı dünyamızın sükanı arxasında görkəmli dövlət və ictimai-siyasi xadim, dünyaca məşhur siyasətçi Heydər Əliyev inamla özünə yer aldı. Bu gedişlə də Azərbaycanı parçalayan, qanına qəltan edən, ölkənin və xalqın axırına çıxa biləcək vətəndaş müharibəsinin – qardaş qırğının qarşısı alındı... Daxildən və xaricdən vətənimizə uzanalı qara əllər kəsildi, o iyrənc caynaqlar parçalandı. Bir sözlə, sanki dibi görünməyən, vahimə saçan dəhşətli bir uçurumun kənarında qərar tutmuş xalq böyük bir fəlakətdən QURTULMUŞ oldu...
ULU ÖNDƏRİN BU MÖHTƏŞƏM QAYIDIŞI İLƏ DAHA NƏLƏR BAŞ VERMƏDI...
Yaşadığımız əlamətdar günlərin, sürətlə bir-birini əvəzləyən qürurverici və fəxarət duyulası hadisələrin, gözümüzün önündəcə boy verən bugünkü bütün reallıqların hər biri MİLLİ QURTULUŞDAN başlanan inamlı yolun məntiqi nəticəsi, Heydər Əliyev siyasətinin parlaq təntənəsidir.
Cənab İlham Əliyevin təbirincə desək, “Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır!"
Həbib Mirzəyev
Azərbaycan Texniki Universitetinin
“Humanitar fənlər” kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.