Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatına xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub.
Rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.
“Yubiley döş nişanı”nı
rektor Vilayət Vəliyevə
ATİAHİ Respublika Komitəsinin
sədr müavini
Mirzə Cəfərzadə təqdim edib.
M.Cəfərzadə həmkarlar ittifaqı hərəkatına göstərdiyi dəstəyə və xidmətlərinə görə rektor V.Vəliyevə təşəkkürünü bildirib.
O, ATİAHİ ilə AzTU-nun əməkdaşlığının gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
Rektor Vilayət Vəliyev ona göstərilən etimada və diqqətə görə ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
Eyni zamanda tədbirdə Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin yaranması və inkişafındakı xidmətlərinə görə AzTU-nun Elm və innovasiya üzrə prorektoru
Çetin Elmasa da xatirə hədiyyəsi təqdim olunub.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.