AzTU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb

AzTU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb AzTU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU)
rektoru Vilayət Vəliyev qəbul imtahanlarında
500 və 600 baldan yüksək nəticə göstərən abituriyentlər
və onların valideynləri ilə görüşüb.


Görüşdə AzTU-nun prorektorları da iştirak edib.


Rektor bildirib ki, regionun yeganə texniki universiteti olan AzTU tələbələrə təhsil və elmi-tədqiqatlarla bağlı geniş imkanlar açır.
AzTU-nun son dövrlərdə Türkiyə və Ukrayna ali təhsil müəssisələri ilə imzaladığı ikili diplom haqqında müqavilələrə diqqət çəkən rektor, burada ingilis dilinin də OSTİM Texniki Universitetinin proqramı əsasında tədris olunduğunu bildirib.

Rektor AzTU-da tədris olunan ixtisaslar barədə də abituriyentlərə ətraflı məlumat verib.

Daha sonra AzTU-nun prorektoru, süni intellekt üzrə dünya şöhrətli alim Çətin Elmas çıxış edib.
Bildirib ki, Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində AzTU-da görülən işlər yaxın zamanlarda nəticəsini göstərəcək.

AzTU-nun tələbə-rektoru Əli Abdullazadə universitetdə tələbələrlə işin təşkili barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Hədəf Şirkətlər qrupunun qurucusu, baş direktor, f.ü.f.d., dos. Şəmil Sadiq yüksək bal toplayan abituriyentlərin Hədəf kurslarında hazırlaşdığını bildirib.
Şəmil Sadiq qeyd edib ki, son dövrlər AzTU-nun inkişaf etməsi məhz həmin abituriyentlərin bu ali məktəblə əyani görüşünü zəruri edib.
Hədəf Şirkətlər qrupunun qurucusu bir daha AzTU-da tələbələrə yaradılan imkanları abituriyentlərin diqqətinə çatdırıb.

Tədbirdə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.
Daha sonra abituriyentlər universitetlə tanış olub.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: