UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilibAvropa Birliyinin maliyyələşdirdiyi Erasmus+KA 2 proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə işlər davam etdirilir. Layihəyə uyğun olaraq Azərbaycan Texniki Universiteti (AzTU) ilə Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn işçi görüş keçirilib.

Görüşdə universitetdə yaradılan İnnovativ Texnologiyalar Mərkəzinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra məsələlər müzakirə olunub.


Müzakirə zamanı layihə üzrə görülən işlər, elmi-tədqiqat mövzusunun müəyyən olunması, keçiriləcək təlimlərin mövzuları, Mərkəzin fəaliyyəti üzrə potensial əməkdaşlıq müəssisələrinin seçilməsi, onlarla əməkdaşlıq sənədlərinin imzalanması və bir sıra digər inzibati işlər barədə fikir mübadiləsi aparılıb.

Pandemiya ilə əlaqədar layihənin müddətinin bir il uzadılmasının Avropa Birliyi tərəfindən təsdiqlənməsini nəzərə alaraq, tərəflər işçi qaydada ikitərəfli müqavilənin qeyd olunan vaxta qədər uzadılması barədə razılığa gəliblər.

Görüşdə İnnovativ Texnologiyalar Mərkəzinin işi çərçivəsində klasterlərin yaradılması üçün AzTU-ya təhkim olunan Avropa partnoyorunun müəyyən olunduğu və yaxın gələcəkdə onların iştirakı ilə işçi görüşlərin keçiriləcəyi də qeyd olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: