AzTU-nun rektoru "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı ilə təltif olunub

AzTU-nun rektoru "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı ilə təltif olunub TƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı ilə təltif olunub. Rektor bu mükafata Azərbaycan həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə layiq görülüb.

Yubiley döş nişanını rektor Vilayət Vəliyevə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə təqdim edib.

Rektor Vilayət Vəliyev ona göstərilən etimada görə təşəkkür edib.


Xatırladaq ki, "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi tərəfindən təsis edilib. Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə dövlət, ictimai xadimlər, beynəlxalq həmkarlar ittifaqı hərəkatının təmsilçiləri və başqaları təltif olunurlar.

Biz də Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevi
"Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı ilə təltif olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: