AzTU-nun rektoru, professor Vilayət Vəliyevə “Firudin bəy Köçərli” mükafatı təqdim edilib

AzTU-nun rektoru, professor Vilayət Vəliyevə “Firudin bəy Köçərli” mükafatı təqdim edilibAzTU-nun rektoru, professor Vilayət Vəliyevə “Firudin bəy Köçərli” mükafatı təqdim edilibTƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata “Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi” nominasiyası üzrə layiq görülüb.

Görüş zamanı mükafatın təqdim olunması ilə yanaşı, rektorla AzEdu Təhsil Portalının əməkdaşları arasında çağdaş ali təhsilin cari vəziyyəti, gələcək perspektivləri, eləcə də AzTU-nun son bir ildə atdığı uğurlu addımlar müzakirə olunub.

Rektor Vilayət Vəliyev ali təhsil məkanının inkişaf paradiqmaları, yüksəliş meyilləri ilə bağlı maraqlı mülahizələrlə çıxış edib.

Eyni zamanda, Azərbaycan Texniki Universiteti ilə AzEdu Təhsil Portalı arasında ortaq layihələrin də tətbiqi müzakirə edilib.

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

P.S.:
Biz də AzTU-nun rektoru çox hörmətli Vilayət Vəliyevi “Firudin bəy Köçərli” mükafatı ilə təltf olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: