AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıbTürkiyənin Ankara Universitetinin rektoru
Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.


AzTU-nun rektoru Vilayət Vəliyev nümayəndə heyətini salamlayıb və Ankara Universiteti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Vilayət Vəliyev kompüter mühəndisliyi ixtisası üzrə YÖK tərəfindən təsdiqlənmiş ikili diplom proqramının həyata keçirilməsi üçün rektor Necdet Ünüvarın göstərdiyi yüksək səylərə görə ona təşəkkürünü bildirib. Rektor həmçinin Necdet Ünüvarın Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafındakı rolunu da xüsusi vurğulayıb.

İmzalanan ikili diplom müqaviləsinə əsasən, bakalavr səviyyəsində kompüter mühəndisliyi ixtisası üzrə hər iki universitetin tələbələrinin birgə təhsil almalarına imkan yaranacaq və proqramın icrasına 2022/2023-cü tədris ilində başlanılacaq. Sənədə əsasən, tələbələr birinci və ikinci kursları Azərbaycanda, üç və dördüncü kursları isə Türkiyədə təhsil alacaqlar. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU-nun və Ankara Universitetinin diplomları təqdim olunacaq.

Ankara Universitetinin rektoru Necdet Ünüvar qarşıdakı beş il üçün universitetlərin yeni əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirib. Necdet Ünüvar görüləcək işlərin nəticəsi olaraq birgə “Türkiyə-Azərbaycan məhsulu”nun yaradılması üçün lazımi işlərin görülməsini məqsədəuyğun hesab edib.

Görüşün sonunda tərəflər arasında universitetlərarası əməkdaşlığın genişləndirilməsi üçün yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: