AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), tələbə-rektor və könüllü tələbələrinin birgə təşkilatçılığı ilə 8 noyabr -Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

AzTU tələbələri arasında keçirilən yarışda 7 komanda iştirak edib. Gərgin və maraqlı keçən mübarizənin sonunda 1-ci yerin sahibi "Matador" komandası olub. 2-ci yerə "Könüllülər", 3-cü yerə isə "Labirint" komandası layiq görülüb.

Qalib komandaların hər bir üzvünə sertifikat, medal və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, qalib komandalar ali təhsil müəssisələri arasında keçiriləcək respublika bilik yarışında AzTU-nu təmsil etmək imkanı əldə edəcəklər.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: