Plenar iclasda iştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən Qazi Universitetinin rektorunun köməkçisi, prof.dr. Ramazan Bayındır, Brandenburq Texniki Universitetinin vitse-prezidenti, prof. Michael Hübner, Almetyevsk Dövlət Neft İnstitutunun rektoru, prof. Aleksandr Dyakonovun nümayəndəsi Alyona Şumetova, Liberec Texniki Universitetindən prof. Karel Frana, Cənubi Ural Dövlət Universitetindən dos. Leonid Shipulin AzTU-nun ev sahibliyi ilə keçirilən konfransın universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Konfransın plenar iclasında 4 müxtəlif mövzu üzrə məruzələr dinlənilib.
İşini bölmə iclasları ilə davam etdirən konfransın bağlanış mərasimi dekabrın 3-də keçirilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.