Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib

Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib TƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev “İlin ən fəal rektoru” mükafatı ilə təltif edilib.

Mükafatı rektora Editor.az İnformasiya Portalının
baş redaktoru Fərid Şahbazlı təqdim edib.


Baş redaktor bildirib ki, professor Vilayət Vəliyev
bu mükafata portalda 2021-ci ilin yekunları ilə bağlı keçirilən virtual sorğunun qaliblərindən olduğu üçün layiq görülüb.

Rektor Vilayət Vəliyev mükafata görə təşəkkür edərək, bundan sonra da daima AzTU-da təhsilin keyfiyyətinin yüksəldilməsi üçün fəaliyyət göstərəcəklərini qeyd edib.

Xatırladaq ki, Editor.az İnformasiya Portalında keçirilən virtual sorğuda iştirak edən respondentlər 2021-ci il ərzində rəhbərlik etdiyi universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində, tələbə hüquqlarının qorunması və onların ideyalarının dəstəklənməsində mühüm xidmətlər göstərən üç ali təhsil müəssisəsi rektorunu “İlin ən fəal rektoru” seçiblər.

Redaksiyadan:

Fürsətdən istifadə edərək, biz də,
ZiM.Az-ın bütün yaradıcı heyəti adından
AzTU-nun rektoru, professor Vilayət Vəliyevi
“İlin ən fəal rektoru” mükafatı ilə
təltif ediliməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və
şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: