Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşübAzərbaycan Texniki Universitetinin (AzTU)
rektoru Vilayət Vəliyev
universitetin yeni tələbə-rektoru
Şamil Nurullayevlə görüşüb.


Rektor yeni tələbə-rektoru
seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.
Vilayət Vəliyev bildirib ki,
AzTU-da tələbə-rektor vəzifəsi
2019-cu ildə təsis olunub.
Tələbə-rektor bir il müddətinə seçilir
və ona verilən səlahiyyətlər çərçivəsində
AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edir.
Vilayət Vəliyev yeni tələbə-rektora fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, AzTU-nun yeni tələbə-rektoru
Şamil Nurullayev Maşınqayırma və robototexnika fakültəsinin
3-cü kurs tələbəsidir.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: