AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub

AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olubAzərbaycan Texniki Universitetində (AzTU)
2022-ci ildə Azərbaycanda keçiriləcək
dünyanın ən böyük aerokosmik
və texnologiya festivalı
“Texnofest-2022”nin
təqdimatı keçirilib.


Tədbirdə çıxış edən
AzTU-nun rəqəmsallaşma
və layihələr üzrə prorektoru Rəşad Əliyev

festival barədə məlumat verib.

Bildirib ki, AzTU "Texnofest-2022" festivalının
Azərbaycandakı rəsmi tərəfdaşıdır.

Rəşad Əliyev texnologiya sahəsində çalışan,
bu sahəyə marağı olan hər kəsi festivalında
iştiraka dəvət edib.

AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olubDaha sonra Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin
"Texnofest" ofisinin əməliyyat meneceri
Zeynəb Babayeva
təqdimatla çıxış edib.
O, festivalda iştirak qaydaları və şərtlər, müsabiqələr, mükafat fondları və digər məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, festivalda iştirak etmək istəyənlər bu və digər məlumatları daha ətraflı şəkildə https://teknofest.az/az/ saytından əldə edə bilərlər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki,
“Texnofest-2022” 26-29 may tarixlərində Bakıda “Crystal Hall” və Dənizkənarı Milli Parkda keçiriləcək.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: