AzTU əməkdaşları “TEKNOFEST Azərbaycan”a həsr olunan mətbuat konfransında iştirak edib

AzTU əməkdaşları “TEKNOFEST Azərbaycan”a həsr olunan mətbuat konfransında iştirak edibAzTU əməkdaşları “TEKNOFEST Azərbaycan”a həsr olunan mətbuat konfransında iştirak edib AzTU əməkdaşları “TEKNOFEST Azərbaycan”a həsr olunan mətbuat konfransında iştirak edib AzTU əməkdaşları “TEKNOFEST Azərbaycan”a həsr olunan mətbuat konfransında iştirak edib Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına həsr olunan mətbuat konfransında iştirak edib.
Əvvəlcə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edib.
Nazir festivalın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.
Rəşad Nəbiyev qeyd edib ki, festival çərçivəsində keçirilən müsabiqələrin bir qismi Qarabağda təşkil oluna bilər.

Daha sonra çıxış edən Selçuk Bayraktar bildirib ki, müstəqilliyin daimi olması üçün milli müdafiə sənayesinə sahib olmaq vacibdir. Bunun ən bariz nümunəsini “Bayraktar”ların Türkiyənin terrorla mübarizəsində və Qarabağ müharibəsində fəaliyyəti zamanı gördük. Azərbaycanlı gənclərə səslənən Bayraktar onları festivala qatılmağa çağırıb: “Gələcəyin güclü Azərbaycanının formalaşmasında sizin də rolunuz olsun”, - deyə Selçuk Bayraktar vurğulayıb.

Mətbuat konfransda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının tərəfdaşlarından olan Azərbaycan Texniki Universitetini (AzTU) rəqəmsallaşdırma və layihələr üzrə prorektor Rəşad Əliyev və digər əməkdaşlar təmsil edib.

Xatırladaq ki, 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq festival çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

Müsabiqələrə qoşulmaq üçün “teknofest.az” saytı üzərindən qeydiyyatdan keçmək lazımdır.
Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yer sahibləri üçün diplom və pul mükafatları nəzərdə tutulub.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: