İmzalanma mərasimində çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, ARTİ-nin direktoru Rüfət Əzizov və Bakı Limanının baş direktorunun müavini Söhrab İsmayılov təhsil institutları ilə biznesin əməkdaşlığının akademik təhsil müddəti zamanı tələbələrin həm də iş həyatına hazırlanmasına, peşəkar gənc kadrların yetişməsinə, regional nəqliyyat mərkəzi olan Azərbaycanın yaxın gələcəkdə bu sahə üzrə kadr potensialnın möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Daha sonra nümayəndə heyəti təlim proqramları çərçivəsində tələbələrin praktik təcrübə toplayacağı Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olub. Qonaqlara limanın texniki imkanları və operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalar və innovativ həllərlə bağlı məlumat verilib.
https://portofbaku.com/MediaCenter/News/2111
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.