AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilibAzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilibAzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilibAzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, AMEA-nın və AzTU-nun dəstəyi ilə “Müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması: Elmi-tədqiqatların inteqrasiyasında və təhsildə innovativ yanaşma” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.


Rektor Vilayət Vəliyev konfransın məhz AzTU-da keçirilməsinin önəmindən danışıb. Bildirib ki, AzTU regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitetdir. Artıq 10 ildir ki, bu ali məktəbdə müdafiə sənayesi sahəsi üzrə kadr hazırlığını Nazirlər Kabitenin qərarı əsasında yaradılan Xüsusi texnika və texnologiya fakültəsi həyata keçirir.
Vilayət Vəliyev qeyd edib ki, MSN-in ayrı-ayrı qurumlarında AzTU-nun tədris auditoriyaları var. Xüsusi texnika və texnologiya fakültəsi tələbələrinin dərslərinin və imtahanlarının bir hissəsi sözügedən auditoriyalarda keçirilir.
O, deyib ki, müdafiə təyinatlı texnologiyalar ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini müəyyən edir.
Rektor 44 günlük Vətən müharibəsində istifadə olunan müdafiə təyinatlı texnologiyaların Qələbənin qazanılmasındakı xüsusi rolundan da danışıb.

Daha sonra müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə və digərləri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Bildirilib ki, müdafiə təyinatlı texnologiyalar ölkənin siyasi qüdrətini müəyyənləşdirir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin əsasında da Ordumuzun əsgər və zabitlərinin rəşadəti və qəhrəmanlığı ilə yanaşı, müdafiə sənayesi sahəsində müasir texnologiyaların uğurlu tətbiqi də dayanır.

Konfransda süni intellektin, nanotexnologiyaların tətbiqinin hərbi sahədə yaratdığı üstünlüklərdən, kibertəhlükəsizlik sistemi, ağıllı texnologiyaların inkişafı məsələlərindən söhbət açılıb. Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində kadrların hazırlanması və tədqiqatların aparılması mühüm əhəmiyyətə malikdir.

Konfransda bildirilib ki, müdafiə sənayesi naziri Mədət Quliyev AzTU-nun rektoru Vilayət Vəliyevi “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı ilə təltif edib. Yubiley medalı rektora təqdim edilib.

Çıxışlardan sonra Xüsusi texnika və texnologiya fakültəsinin təhsildə fərqlənən tələbələrinə nazirliyin hədiyyələri təqdim olunub.

Konfrans panel iclaslarla davam edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: