AzTU əməkdaşları regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşüb

AzTU əməkdaşları regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşübAzTU əməkdaşları regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşüb AzTU əməkdaşları regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşüb AzTU əməkdaşları regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşüb AzTU əməkdaşları regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşüb AzTU əməkdaşları regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə Qazax, Tovuz, Şəmkir, Goranboy rayonları və Gəncə şəhərində görüş keçirib. Görüşdə rayon təhsil idarələrinin əməkdaşları, məktəb direktorları, müəllimlər və valideynlər iştirak edib.

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, tələbə təşkilatları ilə işin təşkili barədə təqdimat da şagirdlərin marağına səbəb olub.

Rayon təhsil idarələrinin nümayəndələri və məktəb direktorları AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.

Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.

Qeyd edək ki, AzTU əməkdaşlarının XI sınıf şagirdləri ilə görüşü mütəmadi olaraq davam etdiriləcək.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: