AzTU-da “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib

AzTU-da “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilibAzTU-da “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilibAzərbaycan Texniki Universitetində (AzTU) Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Kamran Rəsulov
kursun əhəmiyyətindən danışıb. Bildirib ki, kursda fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə faydalı məlumatlar diqqətə çatdırılır.

Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəis müavini, polkovnik Yolçu Yolçuyev fövqəladə hallarla bağlı biliklərin hər kəs üçün əhəmiyyətli olduğunu qeyd edib. O, fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat verib.

Təlim kursunda “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “112 qaynar xətti”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və s. mövzularda çıxışlar olub.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: