AzTU-nun rektoru Kembric Mərkəzi Asiya Forumunun direktoru ilə görüşüb

AzTU-nun rektoru Kembric Mərkəzi Asiya Forumunun direktoru ilə görüşübAzTU-nun rektoru Kembric Mərkəzi Asiya Forumunun direktoru ilə görüşübÖlkəmizə səfərə gələn İngiltərənin Kembric Universitetinin Kavendiş laboratoriyasının tədqiqatçısı, Kembric Mərkəzi Asiya Forumunun direktoru Montu Saksena və universitetin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Səfər zamanı qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Görüşdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov da iştirak edib.

Görüşdə iki universitet arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tədqiqat potensialının artırılması üçün AzTU-nun Kembric Universitetinin təcrübəsindən yararlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin AzTU-nun gənc tədqiqatçılarının Kembric Universitetinin Kavendiş laboratoriyasında tədqiqatlar aparmaları üçün qısamüddətli mübadilə imkanları barədə müzakirələr aparılıb.
Qeyd olunub ki, mütəxəssislərin müxtəlif sahələr üzrə birgə tədqiqatlar aparmaları üçün hər iki universitetdə imkanlar mövcuddur.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: