Proqrama yeni tədris planı, təhsilin təşkili və idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması daxildir.
AzTU-nun Elm və texnika üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov tədbiri açaraq Proqram haqqında qısa məlumat verərək Proqramın əhəmiyyətindən danışmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Departamentinin direktoru, dosent Nazim Hacıyev həmin Proqramın üstünlüklərindən danışarkən bildirmişdir ki, tədrisin MBA proqramı üzrə təşkili ali təhsil alan gəncləri biznes mütəxəssisi kimi formalaşdırır, onların potensial imkanlarını sınağa çəkir və genişləndirir.
Qeyd edilmişdir ki, bu Proqram fikir müxtəlifliyinə hörmət edən, enerjili, bacarıqlı, təşəbbüskar və nailiyyətə meyilli gənc kadrların yetişməsinə zəmanət yaradan bir proqramdır. Proqram gəncləri biznes təhsili ilə təmin edərək onlara bu sahədə uğurla fəaliyyət göstərmək bacarığı aşılayır.Həmçinin magistrantları cəmiyyət, müəssisə və təşkilatların idarəolunmasında məsul vəzifələr tutmağa hazırlayır.Nəzəri və praktik məlumatlarla yanaşı, Proqramda nümunə kimi konkret biznes halları müzakirə edilir, müxtəlif ssenarilərin təqdimatları həyata keçirilir.
Proqramın ictimai əhəmiyyətli qeyri-hökumət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarəedilməsi,qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən araşdırılması vərdişlərini aşılayır.
“UNEC MBA Proqramı” ABŞ, Almaniya, Kanada, Fransa, İtaliya, İsveç,Türkiyə və digər ölkələrin nüfuzlu ali məktəbləri tərəfindən tanınmışdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.