AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilibAzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilibAzərbaycan Texniki Universitetində (AzTU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.


Bayram münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru Vilayət Vəliyev 2022-ci ildə universitetdə görülən işlər və əldə olunan uğurlarla bağlı məlumat verib. Bildirib ki, son 10 ildə AzTU-da ilk dəfə qəbulun nəticələri məhz 2022-ci ildə rekord səviyyədə artıb. Belə ki, 2022/2023-cü tədris ili üzrə universitetin plan yeri 97.62 faiz dolub. 2022-ci ildə magistratura səviyyəsinə qəbul da ötən illərlə müqayisədə 5 dəfə artıb. 2022-ci ildə tələbələrin bilik və idman yarışlarında qazandıqları uğurlar da əvvəlki illərlə müqayisədə artıb. Rektor qeyd edib ki, 2023-cü ildə başlıca hədəf keyfiyyətli tədrislə yanaşı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və tələbələrinin məşğulluğunun təmin olunması ilə bağlı olacaq.

Daha sonra 2022-ci ildə AzTU-nun ictimai həyatında fəallıq göstərən tələbələr təltif olunub.

Tədbir Şaxta babanın maraqlı əhvalatları və tələbələrin ifasında şən mahnıların səsləndirilməsi ilə davam edib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: