Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin büstünün önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AzTU-nun rektoru Vilayət Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açıb. Rektor qeyd edib ki, Azərbaycanı haqlı olaraq Heydər Əliyevin şah əsəri adlandırırlar. Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsilin də inkişafına böyük önəm verib. Bu gün Azərbaycan təhsilində əldə olunan uğurlar, savadlı kadrların yetişməsi məhz Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi irsi, onun hadisələrə yanaşması gənclərə örnək olmalı və gələcək nəsillərə ötürülməlidir.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin Azərbaycan tarixində oynadığı mühüm roldan və xilaskarlıq missiyasından danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev həyatını xalqın xoşbəxt gələcəyinə həsr edib. Onun azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü böyük işlər hər zaman qürurla xatırlanacaq.
Daha sonra çıxış edənlər də Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin hərtərəfli inkişafı yolunda böyük tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, əsrlər keçsə də Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.