12-17 dekabr tarixlərini əhatə edən səfərin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsi olub.
Səfərdə AzTU-nu rektor Vilayət Vəliyev, ümumi işlər üzrə prorektor Fariz Mustafayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib.
Layihə çərçivəsində “EFMD Global” və digər Avropa partnyorları tərəfindən keyfiyyətin təminatı, tədqiqatın və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr kimi mühüm mövzularda seminarlar və təqdimatlar keçirilib.
Həmçinin tədbir iştirakçılarının Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyi ilə “Erasmus+” layihələri üzrə işgüzar görüşü də keçirilib.
Qeyd edək ki, səfərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar Konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndələri iştirak edirlər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.