AzTU tələbələri Azərbaycanda ilkə imza atıblar

AzTU tələbələri Azərbaycanda ilkə imza atıblarTƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU) "InTech" komandasının üzvləri Nəqliyyat və logistika fakültəsinin
IV kurs tələbəsi Mirsahib Ağazadə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin
III kurs tələbəsi Ömər Ələsgərov və Energetika və avtomatika fakültəsinin
I kurs tələbəsi Sübhan Ələsgər ilk dəfə Azərbaycan dilində proqramlaşdırılan 3D printer hazırlayıblar.


AzTU-nun “Cezeri Lab” laboratoriyasında hazırlanan 3D printer keyfiyyəti, sürəti və səssizliyi ilə digərlərindən fərqlənir. Bu cihaz kompüterdəki 3D modeli lay-lay çap edərək emal olunmasına imkan verir. 3D printerdə müxtəlif materiallardan istifadə etmək mümkündür. Ən çox istifadə olunan isə PLA (plastik) materialdır. Texnologiyanın ən böyük üstünlüyü dizaynların tez və asanlıqla çap olunub fiziki hala gətirilməsidir. Bu həm də dizayn və istehsal prosesini sürətləndirir.

Tələbələrin hazırladıqları sözügedən layihə təhsil müəssisələri və şəxsi istifadə üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Cezeri Lab” laboratoriyası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən qurulub.

Alpay ABDULLAYEV,
AzTU "SABAH" qruplarının
II kurs tələbəsi


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: