2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan
“AzTU Gəncləri 2023” müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə AzTU HİK-in sədri Elvin Bəxtiyarlı, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nərmin Rzayeva gəncləri təbrik edib. Gənclərin ölkənin bütün sahələrdə inkişafında önəmli rolu xüsusi vurğulanıb.
Qeyd olunub ki, AzTU-da da gənc müəllim və əməkdaşların gələcək inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Daha sonra universitetin ictimai həyatında fəallıq göstərən AzTU-nun gənc əməkdaş və müəllimləri fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin sonunda “AzTU Gəncləri 2023” müsabiqəsinin qaliblərinin adı açıqlanıb.
Müsabiqənin nəticəsinə əsasən, 3-cü yer üzrə Nuran Süleymanova “AzTU-da ilin gələcək vəd edən gənci”, 2-ci yer üzrə İsmayıl İsmayıl “AzTU-da ilin peşəkar gənci”, 1-ci yer üzrə Qoşqar Rəsulov "AzTU-da ilin gənci" nominasiyası üzrə qalib elan olunub.
Qaliblərə AzTU HİK tərəfindən pul mükafatı və fəxri fərman təqdim olunub.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.