XRİTDX-nin şöbə müdiri Nadir Novruzov “Sızma testləri: Veb-saytlarda rast gəlinən boşluqlar” mövzusunda çıxış edib. Məruzəçi təmsil etdiyi qurumun kibertəhlükəsizlik sahəsində gündəlik fəaliyyəti haqqında qısa məlumat verib, veb-saytlara hücumların əsas siniflərini praktiki çalışmalar və sızma testləri şəklində nümayiş etdirib, onlara qarşı müdafiə tədbirlərini diqqətə çatdırıb.
Dərs zamanı bir sıra veb-saytlarda mövcud boşluqlar göstərilib və onların aradan qaldırılması üzrə tövsiyələr verilib.
Sonda tələbələrin sualları cavablandırılıb, uğurlu karyera qurmaq üçün məsləhətlər və təcrübə proqramları barədə məlumat verilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.