Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəsinə təyin olunub.TƏBRİK EDİRİK!..

Texnika elmləri namizədi, dosent
Allahverdi Camal oğlu Şərifov
Azərbaycan Texniki Unuversitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəsinə təyin olunub.



Allahverdi Camal oğlu Şərifov - 09 yanvar 1984-cü ildə Gürcüstan Respublikası Marneuli rayonunun Sadaxlı kəndində anadan olub.

2001-ci ildə Sadaxlı kənd 2 saylı orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə müxtəlif fənn olimpiyadalarında iştirak edib, fakültənin dekanlığı tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub.

2005-ci ildə Nəqliyyat fakültəsinin Yol hərəkətinin təşkili ixtisası üzrə bakalavr səviyyəsini fərqlənmə diplomu, 2007-ci ildə isə həmin ixtisasın magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2012-2015-ci illərdə 3327.01 - Nəqliyyat sistemləri texnologiyası ixtisasında texnika üzrə fəlsəfə doktoru proqramında (dissertantura) təhsilini davam etdirib.

2016-cı ildə Nəqliyyat sistemləri texnologiyası ixtisası üzrə “Nəqliyyat axınının parametrlərinin avtomobillərin hərəkət təhlükəsizliyinə təsiri” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2020-ci ildən “Nəqliyyat axınlarında toqquşmaların yaranma mexanizmi və onların müasir avtotexniki ekspertizası üsulları” mövzusunda 3327.01 - “Nəqliyyat sistemləri texnologiyası” ixtisasında texnika üzrə elmlər doktoru proqramında (dissertantura) təhsilini davam etdirir.

2007-ci ildə “DET-AL Limited” MMC şirkətinin “Nəqliyyat Departamenti”ndə təcrübəçi kimi çalışıb. 2008-2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra “AZTEX Group” MMC şirkətində yük avtomobilləri üzrə satış meneceri və “Grandmotors” MMC şirkətində ehtiyat hissələri üzrə satış meneceri vəzifələrində çalışıb. 2014-2016-cı illərdə “AZTEXNİKA” MMC şirkətində 0,5 ştat yük avtomobilləri sahəsində servis və satış üzrə texniki məsləhətçi vəzifəsində çalışıb.

2009-cu ildən Azərbaycan Texniki Universitetinin “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasında laboratoriya müdiri, 2010-cu ildən laboratoriya müdiri və əvəzçiliklə 0,5 ştat assistent, 2014-cü ildən assistent, 2015-ci ildən baş müəllim və 2018-ci ildən isə dosent vəzifəsində işləyib. 2017-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən “İlin Peşəkar Gənci” müsabiqəsinin qalibi olub.

Allahverdi Şərifov - 2020-ci ildən Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Fəxri fərmanla təltif olunub.

1 dərs vəsaitinin, 47 elmi məqalənin, 10 fənn proqramının və 2 metodik göstərişin müəllifidir. Məqalələri Rusiyada, Ukraynada, Estoniyada, Türkiyədə və Norveçdə dərc olunub.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ailəlidir, 2 qızı var.

Tanınmış alim, texnika elmləri namizədi, dosent Allahverdi Camal oğlu Şərifovu Azərbaycan Texniki Unuversitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: