AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilibAzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilibAzərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin nəzdində yaradılan "Kitab Klubu"nun təqdimatı keçirilib.

Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov çıxış edərək kitabın insanın həyatındakı rolundan danışıb. Sübhan Namazov tələbələrin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.

Daha sonra “Kitab Klubu”nun təsisçisi, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Lamiyə Miryaqubova “Kitab seçimində haqlıyıqmı?” mövzusunda çıxış edib. O, ödənişsiz mütaliə platformaları və dünyada ən çox oxunan kitablar (bestseller) haqqında tələbələrə ətraflı məlumat verib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: