AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilibAzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Gənclər Fondunun dəstəyi, AzTU-nun və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə universitetin Şəhidlər abidəsinin qarşısında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini anıb.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.


Anım Gününə həsr olunan tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü Əhliyyət Mehdiyev, Vətən müharibəsi iştirakçısı Elşad Təhməzov və digər şəxslər çıxış ediblər.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başladılan Vətən müharibəsi 30 illik işğala son qoydu. 27 sentyabr şanlı Qələbəmizin başlanğıc tarixi oldu. 44 günlük müharibə Azərbaycanın hərbi gücünü bütün dünyaya sübut etdi.

Tədbirdə 2023-cü il sentyabrın 19-da ordumuzun keçirdiyi antiterror tədbirlərindən də danışılıb. Bildirilib ki, uğurla sona çatan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ərazi bütövlüyümüzün bərpa olunmasında hərbçilərimizin qəhrəmanlığı, şücaəti və peşəkarlığı da xüsusi olaraq diqqətə çatdırılıb. O da qeyd olunub ki, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş olunub.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: