AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edibAzərbaycan Texniki Universitetinin (AzTU) elektrik və elektronika mühəndisliyi ixtisası üzrə Qazi Universiteti ilə birgə yerinə yetirdiyi ikili diplom proqramında təhsil alan 1-ci kurs tələbələrinin "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı tələbələrə Azərbaycan energetikasının və Yarımstansiya Muzeyinin tarixi haqqında məlumat verilib. 


Tələbələr muzeydə XIX əsin sonlarında və XX əsrin əvvəllərində istehsal olunan, uzun müddət istismarda olmuş yarımstansiya avadanlıqları və ilk Elektrik Stansiyasının dispetçer idarəetmə sistemi ilə tanış olublar.

Qeyd edək ki, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul olunan azərbaycanlı və türkiyəli tələbələr iki il AzTU-da, iki il Qazi Universitetində təhsil alacaqlar.

"Ziya"




© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: