31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il Bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlətinin Himni ilə açılan tədbirdə AzTU-nun rektoru, Əməkdar Elm xadimi, professor Havar Məmmədov çıxış edərək, həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Rektor dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və digər ayrı-ayrı ölkələrdə geniş qeyd olunduğunu bildirib. Vurğulayıb ki, 1991-ci il dekabrın 16-da Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən Dünya Azərbaycanlılarının Həmrəylik Gününü hər il dekabrın 31-də keçirilməsi barədə qərar qəbul edilib və həmin vaxtdan etibarən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Rektor çıxışında onu da bildib ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir və həmfikir olaraq, Azərbaycanı xarici ölkələrdə tanıdırlar. Bu günün mühüm tarixi əhəmiyyətə malik olduğunu vurğulayan rektor onu da diqqətə çatdırıb ki, dünyanın müxtəlif ölkələrində 60 milyona yaxın azərbaycanlı yaşayır. Onların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünyanın hər yerinə çatdırılması azərbaycanlıların birliyindən asıldır.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan H.Məmmədov Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb. Rektor ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq, xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.
Tədbirin fəxri qonağı olan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək müstəqil dövlətimizin yaranmasında və inkişafında müdrik rəhbər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktının imzalandığını xatırladan akademik Z.Səmədzadə ölkəmizin tərəqqisində neft müqaviləsinin rolunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin apardığı siyasətin əhəmiyyətindən danışan akademik Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayıb.
Daha sonra Universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin tələbələrinin hazırladıqları vəingilis dilində nümayiş etdirdikləri maraqlı ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb.
Sonda AzTU-nun rektoru, professor Havar Məmmədov, bütün Azərbaycan xalqını, universitetin professor-müəllim heyətini, tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-ci Yeni il Bayramı münasibəti ilə ürəkdən təbrik etdi, yeni ildə onlara uğurlar arzulamışdır.
My Webpage
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.