23-27 oktyabr tarixlərini əhatə edən işgüzar səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti iştirak edirlər.
Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edir.
Təlimlərin proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olaraq və müzakirələr aparacaq, o cümlədən Lissabonun bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət edəcəklər.
Təlimlərin yekununda isə layihənin cari vəziyyətinin təhlilinin aparılması və gələcək 6 ay üçün fəaliyyət planının qurulması, eləcə də layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə 5 gün müddətində keçirilən təlim və təqdimatlara əsasən qrup işlərinin təşkili və portuqaliyalı tərəfdaşlarla qarşılıqlı fikir mübadilələrinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “ERASMUS+” proqramı çərçivəsində “Ali təhsildə potensialın gücləndirilməsi” profili üzrə həyata keçirilir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.