Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olubTürkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olubTürkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olubTürkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olubTürkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olubTürkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki Makina və Kimya Sənayesi Korporasiyasının (MKEK) baş direktoru Prof. Dr. İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

Nümayəndə heyəti AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”, “Cezeri” laboratoriyası və digər mərkəzləri ziyarət edib. Ziyarət zamanı “Bilşim Vadisi Bakı”da təmsil olunan rezident şirkətlərin AzTU-da aparılan mühəndis hazırlığına faydaları, universitet-sənaye əməkdaşlığının inkişafında rolu, innovasiyaların dəstəklənməsinə verəcəkləri töhfələri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra tərəflər gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: