TƏBRİK EDİRİK!
Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar İttifaqı Respublika Komitəsinin
“İlin peşəkar gənci” fəxri adı uğrunda keçirdiyi müsabiqəyə yekun vurulmuşdur.
Azərbaycan Texniki Universitetinin baş müəllimi Vüqar Hüseynli bu müsabiqənin qalibi hesab edilmiş və Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanına və pul mükafatına layiq görülmüşdür.
Universitetin mətbuat xidmətindən Zim.az-a bildirmişlər ki, “İlin peşəkar gənci” fəxri adı hər il əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən, ictimaiyyətin geniş rəğbətini qazanan şəxslərə verilir.
Vüqar Hüseynli AzTU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışır, Universitetin doktorantıdır. O, səmərəli elmi-pedaqoji, ictimai fəaliyyəti ilə üzvü olduğu kollektivin dərin hörmət və rəğbətini qazanmışdır.
Vüqar Hüseynlini təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.