AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir Yanvarın 19-da Azərbaycan Texniki Universitetində
20 Yanvar faciəsinin
26-cı ildö­nü­münə həsr edilmiş tədbir keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə faciə qur­ban­ları­nın unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.


Toplantını Universitetin rektoru, Əməkdar elm xadimi, professor Havar Məm­­mədov açaraq tarixdə misli görünməmiş bu faciənin səbəblərindən da­nış­mış, o zamankı ic­tima-siyasi pro­seslər haqqında ətraflı məlumat vermiş­dır. Rektor çıxışında qeyd etmişdir ki, Ümummilli lideri­miz Heydər Əliyev Bakıda qanlı faciənin törədildiyi gecənin elə səhəri gün - yanvarın 21-də Azər­bay­canın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmiş, SSRİ haki­miy­yətinin Bakıda törətdikləri qır­ğına görə öz etirazını bildirmişdir. Ulu öndər Hey­dər Əliyev 1993-cü il­də xalqımızın təkidli tə­ləbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan ta­rixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin sə­bəbləri və nəticələri daha dəqiq araş­dırıl­mış, 20 Yanvar faciəsi hərbi təcavüz və cinayət kimi siyasi-hüquqi qiymətini almış, bu ha­disələrin təşkilatçılarının cəzalan­dı­rılması tələb edil­mişdir.
20 Yanvar milli matəm, hüzn gü­nü kimi qeyd edilməklə ya­naşı, həm də böyük qü­rur və iftixar hissi ilə xatırlanır, hörmət və ehtiramla yad edilir.

AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Həbib Mir­zə­yev çıxışında Azərbaycan tarixinin müxtəlif mərhələlərində ölkəmizin ərazi bütöv­lü­yü­nün pozulma­sından danışmış, Azərbaycanın yeni tarixindən danışarkən bildirmişdir ki, 20 Yan­var Qanlı faciəsi xalqımıza və ölkəmizə qarşı yönəlmiş cina­yətlər silsiləsində öz qəd­dar­lığı ilə seçilir.

AzTU THK-nin sədri Elvin Bəxtiyarlı
gənclər adından çıxış edərək bildirmişdir ki, öl­kə gəncləri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mü­barizəyə həmişə ha­zır­dır, Azər­baycan Prezidenti İlham Əliyevin müstəqilliyin möhkəm­lən­dirilməsi yolunda apardığı siyasəti layiqincə dəyərləndirir və bundan sonra da dəs­təkləyəcəkdir.

Çıxışlarda o da qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azər­­bay­can xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qan, insanların vəh­şicə­sinə qətlə ye­tirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmişdir. Müs­tə­qil Azərbaycan dövləti sosial-iqtisadi sahədə inkişaf edərək bu gün dünya birliyində özü­nün layiq olduğu yeri tutmuş və yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Və­tənimizin ərazi bütövlüyü də tam təmin olunacaqdır.

Tədbirdə bədii-sənədli
film
və Universitet tələbələrinin 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyası da nümayiş olunmuşdur.

Müşfiq BORÇALI,
AzTU - "Ziya" qəzetinin
Baş redaktoru.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: