Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun
əziz xatirəsinə ithaf olunur.
Yurdum üçün doğuldun,
Torpaq üçün qovruldun
Döyüşlərə atıldın,
İgid çağrıldı adın
Qisas aldın Mübariz!
Tarix yazdın Mübariz!
Gənclərə örnək oldun,
Adın qədər ucaldın.
O, düşmənin, alçağın
Bir anda bağrın yardın.
Qisas aldın Mübariz!
Tarix yazdın Mübariz!
Gecəni oyaq qaldın,
Sən silaha sarıldın
Düşmənlə o savaşın,
Dilindən düşməz xalqın.
Qisas aldın Mübariz!
Tarix yazdın Mübariz!
Boy-buxun, qara saçın
Necə yaraşıqlıydın?
Sən alanda intiqam
Necə sevindi, Şuşam!
Qisas aldın Mübariz!
Tarix yazdın Mübariz!
Andına sadiq qaldın,
Qələbəyə yaxındın.
Nələr etmədi sənin
Əlindəki silahın.
Qisas aldın Mübariz!
Tarix yazdın Mübariz!
Vətənə oğul oldun,
Şəhidlik zirvəsində
Orduma dayaq oldun,
Ərənlər cərgəsində
Qisas aldın Mübariz!
Tarix yazdın Mübariz!
Döyüşə sən tək getdin,
Ölümü sən tək seçdin
Qulaqlarınla eşitdin,
Xocalıların səsin!
Qisas aldın Mübariz!
Tarix yazdın Mübariz!
Təranə Cəbiyeva,
07.02.2016
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.