231 №li orta məktəbdə Azərbaycan dili və
ədəbiyyat müəllimi Əsədova Vəsxanımın
VIII sinifdə "Xitab" mövzusunda açıq dərsi olub.
Dərs elmi-nəzəri cəhətdən dəqiq, məntiqli və ardıcıl təşkil olunub. Şagirdlər qruplarını bayrağımızın rəmzlərinə uyğun olaraq "Turan", "İnam", "Müasir Azərbaycan qrupu" adlandırılıblar.
Bu da şagirdlərin mili, vətənpərlik ruhunda böyüməsini göstərir. Dərs boyu şagirdlər elektron lövhənin müxtəlif imkanlarından istifadə edərək, mövzunun dərindən mənimsənilməsinə nail olublar.
Biz açıq dərs zamanı Vəsxanım müəllimin pedaqoji, metodiki bacarıqlarının şahidi olduq. O, dərsdə istənilən nəticəni əldə etmək üçün müxtəlif metodlardan (Venn diaqramı, klaster, çarpaz sorğu və s., elektron lövhənin müxtəlif funksiyalarından məharətlə istifadə etdi.
Dərsin sonunda məktəbin direktoru Mansırova Mehparə müəllim çıxış edərək, belə maraqlı dərs təşkil etdiyinə görə Vəsxanım müəllimə təşəkkür etdi.
O, mövzunun şagirdlər tərəfindən tam mənimsədiyini,sinifdə müəllim-şagird münasibətlərində demokratiklik, yeni təlim metodlarından geniş istifadə olunmasını, əyanilikdən, xüsusən də elektron lövhədən məharətlə istifadə edilməsini qeyd etdi.
Çıxışının sonunda Mehparə müəllim dərsdə fərqlənən qruplara və şagirdlərə fəxri fərmanlar təqdim etdi və onlara yeni-yeni uğurlar arzuladı.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.