2019-cu il yanvar ayının 7-də Yeni Azərbaycan Partiyası
Binəqədi Rayon Təşkilatında rayonun 115 və
30 nömrəli məktəblərinin şagirdlərinin iştirakı ilə
"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının
yaradıcısıdır" mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdən öncə məktəblilər Ulu öndər Heydər Əliyev haqqında görkəmli şəxslərin kəlamlarını söyləyiblər.
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov
məruzə ilə çıxış edərək, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi
bütün dövrlərdə Respublikanın sosial-iqtisadi həyatında
dönüş yarandığını vurğulayıb, Ulu Öndərin bütün sahələrdə
olduğu kimi, neft strategiyasındakı rolu və xidmətlərindən,
neftin Azərbaycan iqtisadiyyatının inkişafındakı rolundan
ətraflı bəhs edib.
Daha sonra natiq öz çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın iqtisadi imkanlarının səfərbər olunması, ölkənin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin keçirilməsinə başlanılıb.
Bu sahədə 1994-cü il
sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"
xüsusi yer tutur.
"Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanın milli neft strategiyasının əsası qoyulmuş, Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə
şərait yaradıb.
Məruzəçi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Cəfərova Nəzakət Akif qızı,
Bakı şəhəri 115 №-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.