4 nömrəli Uşaq-Gənclər
İnkişaf Mərkəzinin
Pirallahı bölməsində
Xocalı soyqırımının
27-ci ildönümünə
həsr olunmuş
"Xocalı soyqırımı
tarixin qan yaddaşıdır"
adlı rəsm sərgisi
keçirilmişdir.
ZiM.Az xəbər verir ki,
sərgidə dərnək üzvlərinin 100-dən çox rəsmi nümayiş etdirilmiş,
Məktəb teatrı dərnəyinin üzvləri Xocalı faciəsi haqqında şeirlər söyləmişlər.
Rəsmlərdə, eləcə də, şeirlərdə erməni vəhşiliyi nəticəsində həlak olan, valideynlərini və
ailə üzvlərini itirən uşaqların acı həyat hekayələri sərgi iştirakçılarının diqqətinə çatdırılmışdır.
Bakı şəhəri 4 nömrəli
Uşaq-Gənclər İnkişaf
Mərkəzinin direktoru
Gülarə xanım Quluzadə
çıxış edərək qonaqlara
Xocalı soyqırımı haqqında
məlumat vermişdir.
O, Xocalı faciəsinin
ağır nəticələrindən
danışımışdır.
Bildirmişdir ki, dərnək üzvləri olan uşaqlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri qırğınlar barədə geniş məlumatlıdırlar.
Sərginin məqsədi də bu soyqırımının insanlara, o cümlədən uşaqlara yaşatdığı acıları dərnək üzvlərinin təsviri sənət əsərləri vasitəsilə əks etdirmələridir.
Sərgidə iştirak edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, Pirallahı rayon
Polis İdarəsinin rəisi Cümşüd İsmayılov, Pirallahı rayon Prokuroru İbrahim Ləmbəranski,
Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Xocalıdan olan Xatirə Mehrəliyeva
və başqaları sərgini yüksək qiymətləndiriblər.
Sərgidə Xocalı ailələri, rayon ictimaiyyəti, məktəblilər,
KİV və QHT nümayəndələri də iştirak etmişlər.
AZƏRTAC həmin tədbirdən xüsusi reportaj hazırlayıb yaymışdır.
Həmin reportajı biz də ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
MƏHBUBƏ MƏMMƏDOVA,
ZiM.Az-ın xüsusi müxbiri
My Webpage
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.