ZIĞ Mədəniyyət Evinin direktoru ilə İLK GÖRÜŞ

ZIĞ Mədəniyyət Evinin direktoru ilə İLK GÖRÜŞ Bu gün Bakının Suraxanı rayonundakı Zığ qəsəbə Mədəniyyət Evində oldum. Mədəniyyət Evinin direktoru Kamran Musayevlə görüşdüm.
Bu ilk tanşlıq səmimi və dostluq münasibətində keçdi.
Söhbət əsnasında Kamran Musayev gördüyü və
gələcəkdə görəcəyi işlər barəsində, həmçinin
rəhbəri olduğu "Köhnə Bakı" "Xəzri"
rəqs ansambllarının fəaliyyəti və qastrol səfərləri
barəsində danışdı.

Kamran Musayev qeyd etdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə 2018-ci il iyunun 26-dan iyulun 3-nə kimi Gürcüstanın Kabuleti şəhərində keçirilən "Marskaya qarmoniya" adlı Beynəlxalq Festivalda "Köhnə Bakı" rəqs ansamblı üçüncü yerə layiq görülmüşdür.
2018-ci ilin dekabrında isə yenə Gürcüstanın Borjomi şəhərində keçirilən "Qış fantaziyası" adlı Beynəlxalq Festivalda "Köhnə Bakı" və "Xəzri" rəqs ansamblları birinci yerə layiq görülmüşdür.

Sonda Kamran Musayev festivallarda iştirak etdiklərinə və onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəz Qarayevə və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin direktoru Cəlil Məlikova öz minnətdarlığını bildirdi.

Görüşümüzün sonunda mən də həm öz adımdan,
həm "Şərqin səsi" və "Elm və təhsil" qəzetlərinin baş redaktoru
çox hörmətli Müşfiq müəllimin adından və eləcə də,
bütün kollektivimiz adından Kamran Musayevə
həm təyin olunduğu yeni vəzifəsində, həm də
rəhbərlik etdiyi digər işlərdə başarlarının
davamlı olmasını arzuladım.


YUNİS QARAXANOV,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru,
"Zim.az" saytının xüsusi müxbiri,
"Borçalı" NPM-nin ədəbi redaktoru.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: