Təşəkkürnamə

Təşəkkürnamə Hörmətli redaksiya!

Son vaxtlar Bakı şəhərindəki Binəqədi rayonun Biləcəri qəsəbəsi ərazisində
Şəhid adının əbədiləşdirilməsi məqsədilə görülən abadlıq işləri,
məhəllələrarası yollarda asfalt-beton örtüyünün çəkilməsi
sakinlər tərəfindən çox böyük sevinc və fərəh hissi ilə qarşılanmışdır.

Buna görə Şəhid ailəsi və müharibə veteranları adından
ölkə başçısı möhtəşəm İlham Əliyev cənablarına öz minnətdarlığımızı bildirir
və ona bu işlərində uğurlar və can sağlığı arzulayırıq.
Həmçinin, bu abadlaşdırma işlərində bir başa əməyi olan
Binəqədi rayonunun icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevə,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
İdarə Heyətinin sədri Saleh Məmmədov
a öz təşəkkürümüzü bildiririk.

Hörmətlə, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivinin sakinləri adından
şəhid qardaşı, müharibə veteranı Xosrov Hüseyinağa oğlu Kərimov.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: