Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
RAFİQ ÇƏPƏRXAN OĞLU QULİYEV
Bakı şəhərindəki Xətai rayonunun
İcra Hakimiyətinin başçısı təyin edib.
İlham Əliyevin sərəncamı ilə
RAFİQ ÇƏPƏRXAN OĞLU QULİYEV
Bakı şəhərindəki Xətai rayonunun
İcra Hakimiyətinin başçısı təyin edib.
Rafiq Çəpərxan oğlu Quluyev - 1974-cü ildə
Qərbi Azərbaycanda, indiki Ermənistan Respublikasının
Sisiyan rayonundakı Ərəvsə kəndində anadan olub.
1992-1993-cü illərdə Milli Orduda xidmət edib.
Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb,
müharibə veteranıdır.
Bu vəzifəyə təyinat alan Quluyev Rafiq Çəpərxan oğlu
bundan əvvəl Xətai rayonunnu İcra Hakimiyyəti Başçısının
1-ci müavini vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb, Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Müxtəlif illərdə Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, müfəttiş-inspektor, həmin şöbənin müdiri vəzifələrində çalışıb. 2012-2013-cü illərdə Başçının müavini, 2013-cü il dekabrından isə başçının 1-ci müavini kimi işləyib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədov 2018-ci ilin dekabrın 13-də
prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad edilmişdi.
11 ay idi ki, icra başçısı vəzifəsini müvəqqəti olaraq elə Rafiq Quluyev icra edirdi.
Biz də Rafiq Quluyevi yeni və məsul vəzifəyə təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.