Sabahın havası: Güclü külək əsəcək, yağış yağacaq...

Sabahın havası: Güclü külək əsəcək, yağış yağacaq... Sabahın havası:
Güclü külək əsəcək,
yağış yağacaq... -

Bakıda və Abşeron yarımadasında sabah fevralın 7-də hava şəraitinin buludlu olacağı, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.


Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya
Departamentindən verilən
məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-6, gündüz 6-10, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: