Yüksək İNTELLEKTUALLIĞI və ZİYALILIĞI ilə tanınan BƏLƏDİYYƏ Üzvü

Yüksək İNTELLEKTUALLIĞI və ZİYALILIĞI ilə tanınan BƏLƏDİYYƏ Üzvü Aqillər haqlı olaraq deyib ki, əmək həyat çırağına yağ tökür, zəka isə onu yandırır.
İnsan hansı sənətin sahibi olursa olsun, fərqi yoxdur, əməyi ilə ucalır, zəkası ilə tanınır.

Binəqədi Bələdiyyəsinin Yerli Ekologiya məsələləri üzrə daimi komissiyasının sədri
Vaqif İsmayıl oğlu İsrafilov
cəmiyyət tərəfindən qəbul edilən savadı, yüksək təşkilatçılıq bacarığı ilə çoxlarının rəğbətini qazanan şəxsiyyətdir.

Vətəninə, yurduna tükənməz məhəbbəti olan, milli mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyət göstərən, mədəni-kütləvi tədbirlərdə həmişə yaxından iştirak edən Vaqif İsrafilov 1959-cu il iyun ayının 17-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Arakol kəndində anadan olub. 1982-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoci Universitetinin filologiya fakültəsini bitirib. 1989-cu ildə "Gürcüstan Respublikasının Azərbaycan dilli oronim və hidronimləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi adı alıb.

Məşhur "91" vətənpərvər ziyalılardan biridir.
Hazırda Azərbaycan Dövlət Pedaqoci Universitetin Azərbaycan dilçiliyi kafedrasının dosentidir.
Universitetdə Azərbaycan ədəbi dilinin və Azərbaycan dialektalogiyasının tarixini tədris edir. 100-dən çox elmi-publisistik məqalənin, 4 kitabın, 6 proqramın müəllifidir. İki dəfə "Avropa-Nəşr Mətbu Evi"nin müəyyənləşdirdiyi qaliblərdən biri kimi "İlin ən yaxşı bələdiyyə işçisi" Diplomuna layiq görülüb.
İki dəfə Bakı şəhər Binəqədi Bələdiyyəsinə üzv seçilib. Bələdiyyənin Yerli Büdcə Daimi Komissiyasının sədr müavini vəzifəsində çalışıb.
2005 və 2010-cu ildə 8 saylı Binəqədi 1-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisə Deputatlığa namizədliyini irəli sürüb.
Hal-hazırda Binəqədi Bələdiyyəsi Yerli Ekologiya Məsələləri üzrə Daimi Komissiyanın sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Vaqif İsrafilov bələdiyyə üzvü kimi Azərbaycan dövlətinin siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi istiqamətində, Ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsində, təbliğində, ictimai-siyasi işlərdə fəallığı ilə seçilir. İşlədiyi müddətdə Binəqədi Bələdiyyəsinin iqtisadi-maliyyə əsaslarının gücləndirilməsində, yerli ekologiya məsələlərinin həllində, bələdiyyə mülkiyyətinin formalaşmasında, idarə olunmasında, bələdiyyənin yerli sosial-müdafiə, yerli ekoloci proqramlarının icrasında səmərəli fəaliyyət göstərib. Səlahiyyətləri daxilində bələdiyyədə hər bir sahədə işin yüksək səviyyədə qurulmasına çalışır. Keçirilən müxtəlif səpkili tədbirlərdə, əhali arasında keçirilən görüşlərdə yaxından iştirak edir.

Yüksək İNTELLEKTUALLIĞI və ZİYALILIĞI ilə tanınan BƏLƏDİYYƏ Üzvü - Vaqif müəllim, əslində Sizi qayğıkeş, xeyirxah, humanist, alicənab, sadə və səmimi bir insan kimi tanıyanlar bələdiyyə üzvülüyünə namizədliyinizi təklif edib, irəli sürüblər. Elm adamı olmaqla yanaşı, yüksək təşkilatçılıq bacarığınız özünü gördüyünüz işlərdə qabarıq büruzə verib. Məhz, bu müsbət məziyyətlərinizi qiymətləndirənlərin böyük dəstəyi və səsi ilə iki dəfə Binəqədi Bələdiyyəsinə üzv seçilmisiniz. Seçicilərinizin etimadını doğrulda bilirsinizmi?
- Rayon ərazisində yaşayan hər bir vətəndaşın inamını, etibarını qazanmaq üçün onlarla tez-tez təmasda olmaq, problemləri ilə maraqlanmaq və həllinə çalışmaq, dərdinə-sərinə şərik çıxmaq, diqqət və qayğı göstərmək lazımdır. Mən mütəmadi olaraq seçicilərlə əlaqə saxlayır, görüşlər keçirir, onların təkliflərinə, müraciətlərinə və şikayətlərinə baxıram. Qaldırılan məsələlərin vaxtında araşdırılması, problemlərin aradan qaldırılması və həlli istiqamətində lazımi iş aparıram. Gördüyüm işlərlə mənə göstərilən etimadı doğrultmağa çalışıram.

- Bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi müstəqil ölkəmizdə yeni demokratik mərhələdir. Binəqədi Bələdiyyəsi seçicilərin problemlərinin həllində hansı addımları atır?
- Respublikamızda ilk dəfə - 12 dekabr 1999-ju ildə bələdiyyə seçkiləri ərəfəsində Ümummilli liderimiz Heydər Əliyev xalqa mürajiət edərək demişdir: "Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstərijisidir." 19 üzvü olan bələdiyyəmiz ərazi hüdudları daxilində ona verilən hər bir imkandan, səlahiyyətdən lazımınja istifadə edir. Yerli Büdjə məsələləri Daimi Komissiyası, Sosial məsələlər Daimi Komissiyası, Yerli Ekologiya məsələləri Daimi Komissiyası, Gənjlər İdman və Turizm məsələləri Daimi Komissiyası, Yerli İqtisadi məsələlər Daimi Komissiyası işlərin düzgün, lazımi istiqamətdə qurulması və aparılması məqsədilə planlı şəkildə tədbirlər həyata keçirir. Seçijilərlə keçirilən görüşlərdə onların arzu, təklif və mülahizələri dinlənilir, işdə olan problemlər birlikdə müzakirə edilir, onların aradan qaldırılması üçün birgə fikir mübadiləsi aparılır. İşin yüksək səviyyədə təşkilinə müsbət təsir göstərən belə görüşlərin sayı artırılıb. Bələdiyyəmiz gələjək fəaliyyətini də seçijilərin təklifləri əsasında qurmaq, onların problemlərinin həlli yolunda daha inamlı addımlar atmaq əzmi ilə səylə çalışır.

Yüksək İNTELLEKTUALLIĞI və ZİYALILIĞI ilə tanınan BƏLƏDİYYƏ Üzvü Yüksək İNTELLEKTUALLIĞI və ZİYALILIĞI ilə tanınan BƏLƏDİYYƏ Üzvü- İnsanlar arasında sıxılmırsınız ki?
- Xeyr. İnsanların gündəlik qayğıları ilə maraqlanmağı, onlara lazımi diqqəti göstərməyi, qulluq etməyi özümə mənəvi borj bilirəm. Çünki seçijilərimin səsi ilə, seçimi ilə öhdəmə düşən məsuliyyətli və şərəfli bir işi yerinə yetirirəm.

- İctimai-siyasi işlərdəki fəaliyyətinizlə həm də gənc nəslə onların həyatda düzgün mövqe tutmasında, Vətənə, torpağa, anaya olan məhəbbətin artmasında, müstəqilliyimizin inkişafında və əbədiliyinin təminatında, eləjə də dövlətimizin ərazi bütövlüyünün qorunmasında nümunəsiniz. Bir ziyalı kimi bugünkü gənjlərimizdən razısınızmı?
- Gənclər gələjəyin təminatçılarıdırlar. Sağlam gələjək sağlam düşünjə, əqidə, zəka tələb edir. Bugünkü gənclərimizdə Milli vətənpərvərlik hissi güjlüdür. Qloballaşan dünyanın hər yerindən Azərbayjan gənjlərinin səsi gəlir. İstər təhsil, mədəniyyət, istərsə də idman sahəsində, fərqi yoxdur, hər bir sahədə gənjlərimiz dünya miqyasında yaşıdları ilə ayaqlaşmağı bajarır, nailiyyətləri ilə ölkəmizə şərəf gətirir, üçrəngli bayrağımızın həmişə zirvələrdə dalğalanmasına çalışırlar. İstedadlı gənjlərimizlə fəxr edirik. Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində iştirak edən Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın qazandığı qələbə bütün Azərbaycanın qələbəsidir. Sözsüz ki, hər sahədə belə yüksək nəticələr göstərən, nailiyyətlər qazanan ölkə gənclərimiz çoxdur.
Ümumiyyətlə, dövlətimizin gənc nəslə diqqət və qayğısı böyükdür. Perspektivli gənclərə yüksək qiymət verilir, onlar üzə çıxarılır, idarəetmə orqanlarında rəhbər vəzifələrə irəli çəkilirlər.

- Gənclərimizin elm və təhsilə marağı necədir?
- Maraq böyükdür. Təhsil millətin gələcəyi olduğu üçün ölkə başçısı, hörmətli prezident cənab İlham Əliyev gənc nəslin yüksək təhsil almasına, hərtərəfli inkişafına lazımi şərait yaradıb. Yaradılan şəraitin özü təhsilə, elmə marağı artırıb. Yeniləşən Azərbaycana yeni məktəblərin tikintisinin və istifadəsinin təşəbbüsçüsü Mehriban xanım Əliyeva gənc nəslin biliklərə yiyələnməsi, yüksək intellektə malik olması üçün əzmkarlıq göstərir. Bugünkü nəsil yaxşı oxumağa can atır, elmin dərinliklərini, sirlərini öyrənirlər. Daim axtarışda olan, elmi tədqiqatlar aparan gənclərimiz yeniliklərə üstünlük verir, elmi tərəqqinin inkişafında xidmətləri ilə tanınırlar. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoci Universitetində tədris etdiyim Azərbaycan ədəbi dili, Azərbaycan dialektoriyası tarixi fənnini tələbələr yaxşı mənimsəyirlər. Təhsili yüksək olan adamın elmi də yüksək olar.

- Gənclərə tövsiyəniz…
- Gənclərimizə həmişə Ulu öndər Heydər Əliyev kimi Azərbaycanlı olmaları ilə fəxr etməyi tövsiyə edirəm. İstərdim ki, gənclərimiz Türk dünyasında Azərbaycan dilçiliyini və dilinin gözəlliyini daim təbliğ etsinlər.

- Həyatda arzularınızı bilmək istərdik…
- Arzularm çox və tükənməzdir. Ən böyük arzum Qarabağ probleminin tezliklə öz müsbət həllini tapmasıdır. Torpaqlarımızın işğal altında qalması başqaları kimi məni də çox narahat edir. Doğma elindən-obasından didərgin düşənlərin geri qayıtması, torpaqlarımızın azad olması üçün ilk növbədə birlik olmalıdır. Azərbaycan xalqı torpaq uğrunda mübarizədə birləşməlidir.

Həqiqətən, kamil insan günəşdən, aydan, ulduzdan da əzəmətlidir. İctimaiyyət nümayəndələri ilə sıx əlaqələr quran, təşkilati işlərdə öndə olan, xidmətləri ilə rəğbət qazanan filologiya elmləri namizədi, dosent Vaqif İsrafilov yüksək intellektliliyi, ziyalılığı ilə bələdiyyə üzvü kimi də gərəkli insan olduğunu əməlləri ilə sübuta yetirir.

O, həm də gözəl ailə başçısıdır. İki qızı, üç nəvəsi var.
Xəyalə Xarici Dillər Universitetinin bakalavr və magistr pilləsini əla qiymətlərlə bitirib. Həmin universitetin müəllimidir.
Könül Azərbaycan Dövlət Tibb Universitetini bitirib, cərrahdır.


Vaqif İsrafilovun cəmiyyətdə dərin savadına, yüksək təşkilatçılıq bacarığına arxalananlara qoşulur və ona gələcək işlərində uğurlar diləyirik!..

Müşfiq BORÇALI,
Rəna İMANOVA.
"ŞƏRQİN SƏSİ" qəzeti,
2012-ci il.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: